29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Millimizə İspaniyada oynayan 8 futbolçu dəvət aldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində 17 yaşlı futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Toplanışa 24 futbolçu dəvət olunub. Hazırda İspaniyanın "Marset" akademiyasının üzvü olan 8 azərbaycanlı da milliyə çağırılanlar arasındadır. Ümumən milliyə ən çox bu akademiyadan futbolçu cəlb olunub:

Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Ariz Kərimov, Sinan Mehdiyev, Əlibaba Fətəliyev, Mohhammed Çodarov, Pünhan Kərimov (Hamısı "Marset", İspaniya) Tunar Mehdiyev, Emil Həsənov (hər ikisi "Sumqayıt"), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov, Ümid Səlimov (Hamısı "Sabah"), Amin Rzayev, Əli Qazimbəyov (Hər ikisi "Qarabağ"),  Murad Qurbanov ("Zirə"), Fərid Abdinov ("Striqino", Rusiya), Tunar Muradov ("Turan Tovuz"), Elvin Vəliyev, Vüsal Kərimov, Elşən Atakişiyev (Hamısı "Neftçi"), İslam Həsənov ("Srvena Zvezda", Serbiya).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30