30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurbanov məğlubiyyəti şərh etdi

"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə komandasının yenilgisini şərh edib:

“Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. "Sabah"da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq”.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

-"Sabah" çempionatda ən çox qol buraxdığınız komandadır. Bunun xüsusi səbəbi var?

- Ola bilər. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Bu il "Sabah"la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də "Sabah"la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq.

- Üçüncü qolu necə şərh edərdiniz?

- Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədaviyə dirsəyi ilə toxunur. Ümumiyyətlə Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur. Düzələr inşallah.

- "Qarabağ"ın çempionluğu təmin etməsinin məğlubiyyətlə əlaqəsi var?

- Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır.

- Ən uğurlu mövsümündə komanda çempionatda 4 dəfə məğlub olub. Bunu nə ilə əlaqələndirirsiz?

- Digər komandaların da xal itkiləri çox olur. Bəlkə, 6-7 məğlubiyyətlə yenə çempion olacaqsan. Bu dəfə rəqiblər daha çox xal itirdilər.

- Mediada çempionatın formatının dəyişəcəyi ilə bağlı xəbərlər var. Siz necə düşünürsünüz, dəyişikliyə ehtiyac var?

- Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30