30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Adil Şükürov: "Hakimlik haqda çox danışmağa dəyməz"

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik. Bizdən gözləntilər çox idi. Birinci hissədə komanda çox yaxşı futbol oynadı. Bunun nəticəsində 2 qol vurduq. Gözlənilməz əvəzetmələr oldu. Bundan sonra oyunumuzda düşüş hiss olunurdu. İkinci hissənin əvvəlində diqqətsizlikdən qollar buraxdıq. Son dəqiqələrdə Mate Kvirkiyanın vurduğu mükəmməl qolla 1 xal qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Səbail"lə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

Mütəxəssis ikinci hissədə müdafiə xəttindəki boşluqların səbəbini belə izah edib: “Fasilədə futbolçulara tapşırdıq ki, diqqətli olun, oyun hələ bitməyib. Ani diqqətsizlik oldu. Komanda tam olaraq özünə gəlməmiş 2-ci qolu buraxdıq”.

O, komandasının futbolçularının aldığı zədəni “Səbail”in meydanı ilə əlaqələndirib: “Səbail”in stadionunun ot örtüyü bir az fərqlidir. Burada oynamaq çətin olur. Tovuzda da süni örtükdə oynayırıq, amma belə zədələr olmur”.

“Şahin Diniyev oyundan sonra sizinlə görüşmədi. Nə baş verib?” sualını A.Şükürov belə cavablandırıb: “Heç bir şey olmayıb. Yəqin Şahin müəllim əsəbi olub. Burada problem yoxdur”.

“Kəpəz”in çalışdırıcısı hakimlik barədə bunları söyləyib: “Hakimlik haqda çox danışmağa dəyməz. Onlar da insandır. Baxış bucaqları fərqli ola bilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30