30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Miço Kuzmanoviç: “Müdafiədə daha diqqətli olmalıyıq”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviçin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XXX turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- "Neftçi"yə qarşı çətin olacağını öncədən bilirdik. Yeni baş məşqçi və onun yeni ideyaları altında ilk oyuna çıxmışdıq. Hər şey tamamilə fərqli idi. O, bizə öz üslubunu öyrətməyə çalışır. Amma bu, bir qədər çətin olacaq. Komanda olaraq əhval-ruhiyyə o qədər də yüksək səviyyədə deyil. Çempionatda mövqeyimiz bizi qane etmir. Matçı uduzsaq da, öz üzərimizdə daim çalışırıq. Müdafiədə daha diqqətli olmalıyıq. Bu mövqedə səhvlər etdiyimiz üçün ardıcıl qollar buraxdıq. Növbəti oyunlarda bu səhvləri təkrarlamamaq lazımdır.

- Demək olar ki, “Araz-Naxçıvan” artıq avrokuboklar şansını itirib...

- Düşünürəm ki, bizim üçün çətin olacaq. Amma oyundan oyuna daha da yaxşı çıxış etməyə cəhd göstəririk. Biz şanslarımızdan istifadə edərək oyunda maksimumuzu ortaya qoysaq, hədəflərimizə çata bilərik.

- Özünüz də qeyd etdiniz ki, yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxmışdız. Azər Bağırovla Elmar Baxşıyevin oyun planı, tapşırıqları arasında əsas fərqlər nələrdir?

- Əslində bunu fərq adlandırmazdım. Biz əvvəllər bir qədər etibarsız, sığortalanmamış şəkildə meydana çıxırdıq. İndi isə bir qədər fərqlidir. Daha etibarlı və özünə inamlı şəklidə mübarizə aparırıq. Hər bir matça diqqətlə hazırlaşmalı və ən yaxşısını meydanda göstərməliyik. Hazırda bizim üçün yeni səhifə başlayır.

- Növbəti matçda "Səbail"lə qarşılaşacaqsınız. Həmin oyunda uğursuz seriyaya son qoymaq mümkün olacaq?

- Komandamızı ağır bir matç gözləyir. Rəqib baxımlı futbol oynayır. Biz bacardığımızı edib yaxşı nəticə üçün mübarizə aparacağıq. Qələbəyə ehtiyacımız var. Uzun müddətdir üzümüz gülmür. Nəhayət, növbəti tur 3 xal qazanmalıyıq. Bu forma, formanın şərəfi, azarkeşlərimiz, komanda uğrunda ən yaxşısını etmək istəyirik.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30