30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Türkiyə mediasından Juninyo ilə bağlı yeni iddia

Türkiyə mediası “Beşiktaş"ın "Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etməsinə dair yeni məlumat yayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Fotomac” qəzeti yeni iddia irəli sürüb.
 
Daha əvvəl klubun idman direktoru Samet Aybaba Ağdam təmsilçisinin Avroliqanın 1/8 finalında "Bayer"lə səfər matçına getmiş və Juninyonu daha yaxından izləmişdi. 27 yaşlı hücumçunun oyununu bəyənən direktor onu klub rəhbərliyinə tövsiyə etmişdi. Məlumata görə, bundan sonra klublar ilkin danışıqlar aparıblar və "Qarabağ" braziliyalı futbolçusuna görə qarşı tərəfdən 8 milyon avro istəyib.
 
“Fotomaç” nəşrinin yazdığına görə, Son məlumatlara əsasən, “Qarabağ" transfer qiymətində böyük məbləğdə endirim edə bilər. Həmçinin qeyd olunub ki, Samet Aybaba cari mövsüm başa çatmazdan əvvəl Azərbaycana səfər edərək “Qarabağ” klubu ilə danışaqlar aparacaq.
 
Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol vurub və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30