30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ağadadaş Salyanski: “İkinci yeri tutmağımız da, kuboku qazanmağımız da realdır”

“Miodraq Bojoviç son oyunda mənə şans verdi. Çalışıram əsas heyətdə olmasa belə, sonradan meydana daxil olduğum matçlarda özümü yaxşı tərəfdən göstərim”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu Ağadadaş Salyanski deyib.

19 yaşlı forvard tezliklə “ağ-qaralar”ın əsas heyət üzvünə çevriləcəyinə inanır: “Gələcək matçlarda yəqin ki, daha çox oynamaq imkanı qazanacağam. Şans verildikcə komandama faydalı olmaü üçün əlimdən gələni edəcəm. Maksimum dərəcədə çalışacam ki, tezliklə əsas heyət üzvünə çevrilim”.

Bu gün “Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə gəlsə də, Ağadadaş həmin matçda forma geyməyəcək: “Hazırda millinin düşərgəsindəyəm. Bütün fikrim indi U-21-ə yönəlib. Toplanış bitdikdən sonra “Neftçi”nin düşərgəsinə qoşulacağam. Ondan sonra artıq ayın 29-da “Qəbələ”yə qarşı keçiriləcək görüşün hazırlıqlarında iştirak edəcəm”.

Salyanski “Neftçi”nin cari mövsümdəki hədəflərinı də toxunub: “Neftçi”nin məqsədi çempionatda ikinci yeri tutmaq və kuboku qazanmaqdır. Bu, realdır. İnanıram ki, mövsümün sonunda istəyimizə çatacağıq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30