30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Monqolustan millisinin baş məşqçisi: "Futbolçularım fantastik çıxış etdilər"

Monqolustan millisi "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, rəqibin baş məşqçisi İçiro Otsuka matçdan sonra keçirilən mətbuat konfransında komandasının yenilgisini belə şərh edib: “Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşı oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol buraxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amma bu da azdır. Gərək hücumda da artıraq. Hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma təşəkükr etdim. Fantastik çıxış etdilər. Növbəti oyun haqda fikirləşəcəyik”.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Dünən demişdiz ki, Azərbaycan millisini Yaponiya ilə müqayisə edərdim, bu komandaların eyni gücdə olduğunu iddia edirdiz. 2021-ci ildə Yaponiya Monqolustana rahatlıqla 14 qol vurmuşdu, bu gün Azərbaycan güc-bəla ilə 1 qol vurdu. Bu fikrinizdə qalırsız yenə?

- Azərbaycan millisi yüksək səviyyəli komandadır. Ən azından bizim üçün. Azərbaycanla Yaponiyanın müqayisəsinə gəldikdə, Yaponiyanın heyətində demək olar ki, bütün oyunçular Avropada çıxış edirlər. Azərbaycan kimi komandalara qarşı oynamaq yaxşı təcrübədir. Asiyada əsasən zəif komandalarla oynayırıq. Bugünkü standart fərqli idi. Biz keçən il Gürcüstana qarşı oynamışdıq, ilk hissə 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq. Qismən də müdafiə xəttimiz rəqibin rahat oynamasına imkan vermədi.

- Matç heç-heçə başa çatsaydı, sizin özünüz üçün sensasiya olacaqdı? Bunun üçün nə çatmadı?

- Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Keçən il Səudiyyə Ərəbistanına qarşı oynayırdıq, sona üç dəqiqə qalmış 1:0 öndə idik. Amma üç qol buraxıb, uduzduq. Bu gün də eyni şey baş verdi. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram, bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik.

- Qol buraxdıqdan sonra təzyiqiniz oldu. Niyə ilk dəqiqələrdən belə oynamadınız, rəqibdən çəkindiniz?

- Yeni gəlmişəm. Hələ ki ilk olaraq müdafiə üzərində işləməyə başlamışıq. Növbəti il üçün hücum davranışı üzərində işləyəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30