30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Sumqayıt”da milliyə layiq futbolçular var”

KAPİTANDAN AÇIQLAMA, MƏŞQÇİDƏN MÜNASİBƏT

“Sumqayıt”ın kapitanı Elvin Bədəlov bu klubdan heç bir futbolçunun Azərbaycan millisinə dəvət almamasına münasibət bildirib.

Futbolxeber.az saytına açıqlamasında təcrübəli müdafiəçi “Sumqayıt”da millinin formasını geyməyə layiq futbolçuların olduğunu vurğulayıb:

“Bu, məşqçilərin qərarıdır. Lakin dəvət olacağını gözləyirdik. Çünki  “Sumqayıt”da milliyə layiq futbolçular var. Bundan artıq nəsə deyə bilmərəm. Milli komandamıza da, uşaqlara da uğurlar arzulayıram”.

“FIFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisinə rəhbərlik edən Arif Əsədov da məsələyə münasibət bildirib.

Dünən oyunöncəsi mətbuat konfransında Futbolxeber.az saytının əməkdaşının “Sumqayıt” cari mövsüm inamlı təsir bağışlasa da, bu komandadan heç kimin milliyə dəvət almaması nə ilə əlaqədardır?” sualını A.Əsədov belə cavablandırıb: “Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. Bu toplanışa “Sumqayıt”dan kimisə düşünmədik. O demək deyil ki, onlar həmişəlik kənarda qalırlar. Elə bu toplanışın gedişdə də “Sumqayıt”ın futbolçularından yararlana bilərik”.

Qeyd edək ki, uzun fasilədən sonra ilk dəfə olaraq Azərbaycan millisinin heyətinə “Sumqayıt”dan heç bir futbolçu dəvət almayıb. Yığmanın məşqçilər korpusu yalnız Murad Xaçayev və Rövlan Muradovun adını ehtiyat oyunçular siyahısına daxil ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30