30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

İliyev: "Azərbaycan millisi ilə oynamaq bizim üçün ekzotika deyil”

Bolqarıstan yığmasının baş məşqçisi İlyan İliyev “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Tanzaniya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bölüşüb.
 
Futbolxeber.az-ın Bolqarıstanın gong.bg-saytına istinadən verdiyi məlumata görə, bolqar mütəxəssis Azərbaycan millisinə qarşı oyunun asan keçməyəcəyini dilə gətirib:
 
“Artıq on dəfə demişəm ki, bizimlə eyni səviyyədə olan Azərbaycana qarşı oynamaq ekzotika deyil. Digər  rəqibimiz Tanzaniya isə Afrika Millətlər Kubokunun iştirakçısı olub. Zəif komandalarla qastrol səfərinə çıxdığımız illüziyası yaratmağa ehtiyac yoxdur. Elə düşünməməliyik ki, biz öz səviyyəmizdən aşağı komandalarla oynayırıq. Əvvəlki matçlardan daha yaxşı oyun görmək istəyirəm.
 
Aydındır ki, biz Millətlər Liqasına hazırlaşırıq. Buradakı komandalar təxminən eyni səviyyədədir. İyun ayında bizdən daha yaxşı komandalara qarşı (Rumıniya və Sloveniya) matçlarımız olacaq. Çünki onlar Avropa çempionatında oynayacaqlar. Bizə güclü komandalara qarşı oynamaq təklifləri də var idi. Amma biz Fransa və İngiltərə ilə matçlarda topa nəzarət etməyəcəkdik, müdafiə olunacaqdıq. İndi isə bizimlə eyni səviyyədə olan komandalarla oynamaq daha xoşdur”.
 
Qeyd edək ki, Bolqarıstan yığması martın 22-də Tanzaniya, martın 25-də Azərbaycan millisi ilə qarşılaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30