29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Adil Şükürov: “Razılaşmaqdan başqa heç nə edə bilmərik”

"Azarkeşlərimizə təşəkkür edirəm. Komanda bu gün tam istədiyimiz kimi mübarizə aparmadı. Oyunda bəzi düşüşümüz oldu. Bunun qarşısını almalıyıq. Növbəti turlarda çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan keçirilən mətbuat konfransında deyib.

"Futbolçulara bildirmişik ki, bu mövsümdə də, növbəti mövsümdə də bütün oyunlarımızı səfərdə keçirəcəyik. Hər oyuna səfər kimi yanaşırıq. Böyük bir təsiri yoxdur. Daha yaxın regionda oynasaq, daha çox azarkeşimiz gəlsə, komanda daha inamlı oynayar", - deyə o bildirib.

Təcrübəli mütəxəssis komandadakı bütün futbolçulara güvəndiyini vurğulayıb:  "Bəzən oyunçularda düşüş olur. Bunun qarşısını almağa çalışacağıq. Oyunumuzda aqressiyamız çatmadı. Bunu futbolçulara tapşırmışdıq. Komanda ilə iclasda bu haqda danışacağıq".

A.Şükürov "Zirə"nin futbolçusuna ikinci sarı vərəqə verilməsini tələb etməsi barədə deyib: "Rəqib 10 nəfərlə qalsaydı, tam başqa oyun olacaqdı. Yəqin ki, hakim fərqli görüb. Razılaşmaqdan başqa heç nə edə bilmərik. Toxunuş var idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30