29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Lunyov: “Əlavə motivasiyaya ehtiyac yoxdur”

"Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Andrey Lunyov Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, şansların bərabər olduğunu vurğulayıb: "Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacağıq".

Rusiyalı qolkiper hər oyuna yüksək motivasiya ilə çıxdığını vurğulayıb: "Bu mərhələdə əlavə motivasiyaya ehtiyac yoxdur. Komanda hər il Avroliqada oynayır. Təcrübəli oyunçularımız çoxdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30