29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Qarabağ”la oyunda nəsə düz getməsə, şansımızı itirəcəyik”

“Əlbəttə, bilirik ki, sabah nəsə düz getməsə, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bayer"in müdafiəçisi Yosip Stanişiç UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında bildirib.

23 yaşlı futbolçu bütün turnirlərdə maksimum nəticəyə kökləndiklərini deyib: "Oyuna olduqca yaxşı hazırlaşmışıq. Əvvəlki matçlarda bir o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Ona görə də belə bir heyətdə bu cür situasiya normaldır. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".

Y.Stanişiç "Qarabağ"ın gücünü xüsusilə vurğulayıb: "Rəqiblərimizin zəif olduğunu heç vaxt düşünmürük. İlk matç bizim üçün olduqca çətin keçdi. "Qarabağ" bizə çətinlik yaşada bildi. Onlar xüsusilə ilk hissədə güclü olan tərəf idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30