29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Yaxşı nəticə əldə etməyi çox istəyirik”

“Mütləq şəkildə çalışmalıyıq ki, Bakıdakından daha yaxşı oynayıb, daha çox güc sərf edək. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sona kimi mübarizə aparacağıq”.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer” ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

“Qarabağ”ın zədəli və cəzalı futbolçuları barədə də danışan Qurban Qurbanovun sözlərinə görə, oyunun gedişatından asılı olaraq Kevin Medina da meydana çıxa bilər: “Təbii ki, ehtiyac yaransa, bu addımı atacağıq. Amma o, hələ də öz formasında deyil. Bu cür sürətli matçlarda əziyyət çəkə bilər. Digərlərinin də qayıtması isə əlavə üstünlükdür. İstənilən an bəzi rotasiyalar edə bilərik. Juninyoda vəziyyət ümumi olaraq pis deyil. Dünən və bu gün fərdi məşqlər edib. Yenə də sabah oyun gününə kimi gözləyəcəyik. Həkimlərlə məsləhətləşib, qərar verəcəyik”.

Qeyd edək ki, marın 14-də keçiriləcək “Bayer” - “Qarabağ “qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq. İlk görüş 2:2 hesabı ilə başa çatıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30