29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Miodraq Bojoviç: “Bu komandanın keyfiyyəti var”

"Oyun gözlədiyimiz kimi ağır keçdi. "Qəbələ" birinci hissədə müdafiədə yaxşı oynadı. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 20-ci turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "Məncə, yaxşı oyun keçdi. İkinci hisssədə biz bir qol vurduq. Rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik".

Baş məşqçi Azər Salahlının zəif oyunu ilə bağlı fikirlə razılaşmayıb: "Azər Salahlı pis oynamadı. Bu, onun mövqeyi deyil. Azər Əliyev zədəli olduğu üçün Salahlını həmin mövqedə istifadə edirik. Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabət olacaq. Düşünmürəm ki, hər hansı yeni oyunçu komandaya cəlb olunacaq".

Bojoviç qeyd edib ki, komandanın oyunu daha da inkişaf etməlidir: "Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbir etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbir edib keyfiyyəti artırmaq mümkündür".

"Neftçi"nin çalışdırıcısı "10 gündə "Sumqayıt"la üç dəfə qarşılaşacaqsız. Eyni rəqiblə qısa müddətdə tez-tez üz-üzə gəlmək necədir?" sualını da cavablandırıb: "Bu, bizim işimizdir. Burada olan hər kəs peşəkardır. Əlbəttə ki, eyni komanda ilə ard-arda üç dəfə oynamaq asan deyil. Amma biz peşəkarıq, işimizi icra edəcəyik.

Bojoviç komandasının kuboku qazanmaq və Premyer Liqada yaxşı yer tutmaq gücündə olduğunu qeyd edib: "Məncə, komanda keyfiyyətinə görə buna qadirdir. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər olsa, buna nail olmaq mümkündür. Yerinə yetirə bilməsək, baxarıq görək nələr baş verəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30