29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Samir Abasov: "Kuboku qurban verməliyik"

"Futbolçularıma təşəkkür edirəm. Hücum xətti olmadan bir xal qazanmaq heç də pis deyil. Hər qazandığımız xal bizim üçün uğur sayılacaq. Uduzmamaq üçün çox əziyyət çəkdik. Bu gün itkiləri saymaq istəmirəm".

Futbolxeber.az saytının məıumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 20-ci turunda bu gün "Araz-Naxçıvan"la keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

O, komandasının bu gün 2-ci pilləyə yüksəlməsinə baxmayaraq, məqsədlərinin avrokubooklar olmadığını bildirib: "Bu gün əlimizdə bayraq etməmişik ki, burada qalacağıq. Bizim üçün həddindən artıq çətin olacaq. Özünüz görürsünüz ki, oyunlar hansı məcrada keçir. Gərginlik daha da artır. Çalışacağıq ki, real yanaşaq. Bundan sonra da xallar itiriləcək. Panikaya düşməmək lazımdır. Bu gün olduğumuz yer bizi təzyiq altına salmalı deyil. Məqsədimiz avrokuboklar deyil. Əsas məqsəd komanda qurmaqdır. Boşluqlarımız çoxdur. Oyunumuz əvvəldən axıra kimi eyni tempdə getmir. Bu gün hücum xəttimiz demək olar ki, yox idi. Olduğumuz yerdə qala bilsək, yaxşı olar".

Heyətlərinin kasad olduğunu deyən baş məşqçi buna görə iki cəbhədə sona qədər oymağın mümkün olmadığını və kuboku çempionata qurban verəcəklərini qeyd edib: "Növbəti matçda çalışacağıq ki, vəziyyəti düzəldək. Kubok və ya çempionat oyununu bölə bilmərik. Amma bölməliyik. Düşünürəm ki, kuboku qurban verməliyik. 13-14 nəfərlə iki cəbhədə oynamaq çətindir. Getdikcə güc balansı yüz faiz üzə çıxacaq. 17 gün ərzində eyni oyunçularla 5 oyun oynamaq... Bizim üçün yazılan qanundur. Realist olaq, iki cəbhədə oynamaq çox pis nəticələnə bilər".

S.Abasov "Transfer məsələləri ilə bağlı rəhbərliklə aranızda fikir ayrılıqları var?" sualını belə cavablandırıb: "Ümumiyyətlə transferdən danışmaq istəmirəm. Olacaqsa, gəlib oynayacaqlar. Dəfələrlə demişəm ki, transfer lazımdır".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30