29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Sumqayıt” azarkeşləri üçün çoxdan gözlənilən xəbər

“Sumqayıt” klubu azarkeşlərinə müraciət edib.

Futbolxeber,az saytı klubun feysbuk səhifəsində yer alan müraciət təqdim edir:

- Əziz azarkeşlərimiz! Nəhayət hamımızın gözlədiyimiz günə az qaldı. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda təmirdən sonra ilk oyun üçün hazırıq.

Fevral ayının 4-də, saat 14:00-da baş tutacaq Misli Premyer Liqasının 21-ci turunun "Neftçi" ilə oyununda azarkeşlərimizi şəhərimizin rəmzlərindən biri olan doğma stadionumuzda qarşılayacağıq.

Hər birinizi möhtəşəm konsert proqramının da keçiriləcəyi açılış matçında və ondan sonrakı bütün ev oyunlarımızda yanımızda olmağa səsləyirik.

Gələn həftədən etibarən satışa çıxacaq biletləri www.iticket.az saytından, Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət mərkəzindən, oyuna 3 gün qalmış isə stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan əldə edə biləcəksiniz.

Bilet qiymətləri və konsert proqramındakı iştirakçılar haqqında qarşıdakı günlərdə ətraflı məlumat veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30