29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Elmar Baxşıyev: “29 yaşlı futbolçu bu cür səhv etməməlidir”

“Dinamik oyun alındı. Hava şəraitinə baxmayaraq, komandalar sürətli oyun nümayiş etdirdilər. Üstünlüyə sahib idik. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turunun "Sumqayıt"la (0:1) oyunundan sonra mətbuat konfransında deyib.

- Penalti epizodunu necə şərh edərdiniz?

- Öz fikrimi bildirəcəm. Bizim müdafiəçimiz imkan yaratdı ki, penalti olsun. Diqqətsizlik etdi. 29 yaşlı futbolçu (Lukas Afrikonu nəzərdə tutur - red.) bilməlidir ki, rəqibini vurursa, penalti veriləcək.

- Optimal "Qəbələ"ni nə vaxt görəcəyik?

- İlk turdan optimal "Qəbələ" görmək istəyirəm. Amma hər oyun qırmızı vərəqələr, öz səhvimizdən buraxdığımız qollar... İnanıram ki, səhvlərimizi düzəldəcəyik. Bu səhvi Nicat Əliyev etsə, başa düşərəm. 29 yaşlı futbolçu bu cür səhv etməməlidir. Fərdi səhvdən məğlub olduq.

- Lukas Afriko ən çox şans verdiyiniz oyunçudur. Bəlkə onu bir müddət ehtiyatda saxlayasınız?

- Fərqli düşünürəm. Bəlkə ilə futbol olmur. Kristof Atanqana ilk turlarda səhvlər etdi, Rəşad Əzizlini qapıya qoyduq. Bütün oyunçularıma inanıram. Lukas Afriko güvəndiyim futbolçudur. Dərk etməlidir ki, komandanı belə vəziyyətdə qoymaq olmaz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30