29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci

Azərbaycan çempionatlarında daha bir legioner baş məşqçi debüt edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XIX turunda gerçəkləşib.

“Neftçi” yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında ilk qarşılaşmaya çıxıb. “Sabah”la səfər görüşü 0:0 hesabı ilə başa çatıb.

Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb. Onadək 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

O, Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın baş məşqçisi olmuş Bojidar Bandoviç 2012/13 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik edib (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30