29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Adi Mehremiç: “Mövsümün sonunda turnir cədvəlində “Zirə”dən yüksəkdə olacağıq”

“Səbail”in müdafiəçisi Adi Mehremiçin Futbolxeber.az saytına müsahibəsi

 

- Qış fasiləsindən sonrakı ilk matçda “Zirə” ilə bərabərə qaldınız. Qolsuz yekunlaşan görüş barədə nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Matçın başlama saatı da ideal deyildi. Hava çox küləkli idi. İlk hissədə rəqib küləyə qarşı oynayırdı, ikinci hissədə isə biz. Bütün oyunu götürsək, heç-heçə hər iki komanda üçün yaxşı nəticədir. Düzdür, fiziki cəhətdən biz rəqibdən daha üstün idik. Sadəcə qol vurmaq üçün azca dəqiqlik çatmadı.

- Külək oyununuza çox təsir göstərdi?

- Əlbəttə. Normal hərəkət etmək mümkün deyildi. Uzun toplarla oynamaq alınmırdı. Topu saxlamaq çətin idi. Belədə bilmirdin ki, nə edəsən. Hər iki tərəf bu səbəbdən ehtiyatlı oynamağa çalışırdı. İstəmirdik ki, rəqib bizi əks-hücumda yaxalasın.

- Mübahisəli penalti epizodunu necə şərh edərdiniz? Siz epizoda çox yaxın idiniz.

- Rəqib əvvəlcə topa zərbə endirdi, sonra ayağı Adilin ayağına dəydi. Mövsümün əvvəlində hakimlər qaydalarla bağlı seminar keçirmişdilər. Orda hakimlərin bizi tanış etdikləri qaydalara əsasən, dünənki epizodda referi bizim lehimizə cərimə zərbəsi təyin etməli idi. Odur ki, hakimin qərarını düzgün hesab edirəm.

- İlk matç nə göstərdi: “Səbail” çempionata nə dərəcədə hazırdır?

- Çox yaxşı hazırlıq keçmişik. “Zirə” ilə matçda da yaxşı göründük. Baxmayaraq ki, ilk dəfə idi 3 mərkəz müdafiəçisi ilə oynadıq. Hazırkı məqamda baş məşqçimizin seçə biləcəyi 3 taktiki düzülüş var. Onların hər birində oynamağa hazırıq.

- Mövsümün ikinci yarısı üçün “Səbail”in hədəfi nədər ibarətdir?

- Mövsümün ilk yarısı göstərdi ki, biz ilk “4-lük” uğrunda oynaya bilərik. Hər matçda sona kimi mübarizə aparacağıq. Kubokda da mümkün olduğu qədər irəliləməyə çalışacağıq.

- Kubokdan söz düşmüşkən, yarımfinala gedən yolda rəqibiniz “Zirə”dir. Şansları necə dəyərləndirirsiniz?

- Kubok oyunları çempionatdan fərqlənir. Çünki qalib iki matçın nəticəsinə əsasən müəyyənləşəcək. Dünənki kimi oynasaq, “Zirə”ni kubokda keçəcəyik.

- Amma unutmayaq ki, cari mövsüm 3 oyunun heç birində “Zirə”ni məğlub edə bilməmisiniz...

- İlk matçı heç nədən uduzduq. Bir səhv məğlubiyyətə gətirib çıxardı. İkinci dövrənin oyununun gedişində hesabda üstün idik. Yekunda heç-heçə qeydə alındı. “Səbail” müəyyən qədər “Zirə” ilə oxşar komandadır. Lakin hesab edirəm ki, biz onlardan daha yaxşı kollektivik. Mövsümün sonunda turnir cədvəlində “Zirə”dən yüksəkdə olacağıq.

- Növbəti turdakı Tovuz səfərindən gözləntiləriniz nədən ibarətdir?

- Hər oyuna olduğu kimi, bu matça da ciddi yanaşırıq. Məşqlərdə maksimum dərəcədə çalışmalıyıq. “Turan Tovuz” yaxşı komandadır. Bununla belə, xarakter göstərsək, qalib gələcəyik.  

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30