29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Murad Musayev: “Rusiyada mənim komandam daha güclü idi"

“Dünən Azərbaycanda 20 yanvar faciəsinin il dönümü idi. Buna görə Azərbaycan xalqına başsağlığı verirəm. Matça gəldikdə, ilk hissə çox maraqlı keçdi. Hər iki komandanın fərqlənmək şansı var idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” ilə heç-heçə oynayan (0:0) “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis ikinci hissədə sürətin aşağı düşdüyünü bildirib: “İlk hissədə gördüyümüz məzmunlu oyunu fasilədə sonra görə bilmədik. Fasilədən sonra sürət bir qədər aşağı idi. Düşünürəm ki, oyuna tamaşa edənlər narazı qalmadılar”.

“Sabah”ı “Qarabağ”a dəyişən Aleksey İsayevin mövqeyində Ayaz Quliyevi sınayan Musayev ondan narazı qalmayıb: “Ayaz yaxşı oyun keçirdi. Lakin bu barədə dəqiq fikir bildirmək üçün oyunun analizinə dəqiq baxmaq lazımdır. Ümid edirəm ki, Ayaz bunun öhdəsindən gələcək”.

“Ümumiyyətlə, Aleksey İsayevin gedişinə görə oyun planınızı dəyişmək barədə düşünürsüz?” sualını Musayev belə cavablandırıb: “Bir futbolçunun gedişinə görə oyun planını dəyişmək barədə düşünmürük”.  

“Sabah”ın çalışdırıcısı hələlik heyəti gücləndirmək barədə düşünmədiklərini vurğulayıb: “Yeni transfer hələlik gözlənilmir. Hazırda heç kimlə danışıq aparmırıq”.

Murad Musayev Rusiyada çalışdığı illərdə Miodraq Bojoviçi bütün oyunlarda üstələməsi barədə da danışıb: “Hazırda bunu müqayisə etmək korrekt deyil. Çünki obyektiv demək lazımdır ki, Rusiyada mənim komandam daha güclü idi, bizim imkanlarımız daha yaxşı idi. Bu gün isə daha bərabər səviyyəli komandaları çalışdırırıq. Məşqçilər dünən barədə düşünmürlər. Önəmli olan bu gün baş verənlərdir. Açığı, heç neçə dəfə qarşılaşmağımızdan da xəbərdar deyiləm”.

O, son 1 il ərzində “Sabah”ın aparıcı futbolçularını itirməsində ciddi problem görmədiyini bildirib: “Komandanın dəyişməsi, gedənlərin, gələnlərin olması normaldır. Amma indiki heyətlə əvvəlkini müqayisə etmək düzgün olmaz. Dünən dünəndə qalıb. Bu gün yeni gündür. Yeni oyunçular var və indi onlarla nəticə qazanmaq lazımdır. Mövsümün əvvəlində “Partizan”a, eləcə də çempionatda “Qəbələ”yə qarşı çox yaxşı oyunlar keçirdik. Həmin vaxt da heyətimizdə nə Mikels var idi, nə də komandanı daha əvvəl tərk edənlər. Yəni hansısa futbolçu olmadan da uğur qazanmaq mümkündür”.

O, sonda hücumameyilli futbolçuları meydana buraxmasının səbəbini belə izah edib: “Biz bu gün qalib gəlmək istəyirdik. Ona görə də əsasən hücumameyilli futbolçuları oyuna qoşduq. Ola bilər onları daha əvvəl meydana buraxmaq olardı”.

“Sabah”ın çalışdırıcısı bugünkü matçda həmişəkindən fərqli olaraq aqressiv olmamasından da söz açıb: “Açığı, etiraz edəsi, hakimə narazılıq bildirəsi bir məqam yox idi. Hakim bu gün meydanda görünməməyə çalışırdı. Məhz belə də olmalıdır. O, sərt mübarizələrdə də oynamağa imkan verirdi. Bu, mənim xoşuma gəlir. Hakimliyin yaxşı olması bu gün sakit görünməyimin əsas səbəbi idi. Çalışacağam ki, gələcəkdə də təmkinli davranım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30