29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Masaki Murata: “Qəbələ” səfərinə yalnız qələbə üçün yollanırıq"

“Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Muratanın Futbolxeber.az saytına müsahibəsi

 

- Qış fasiləsini necə dəyərləndirdiniz?

- Qış fasiləsindən öncə keçirdiyimiz matçda qalib gəlmişdik. Ona görə də fasiləyə yüksək əhval-ruhiyyədə yollandıq. Eləcə də təlim-məşq toplanışına xoş əhval-ruhiyyədə start verdik. Komandada yüksək atmosfer var. Bu da çox xoşdur.  

- İstirahət üçün vaxtın az olması planlarınıza əngəl olmadı?

- Bu hal bütün komandalar üçün eynidir. Ona görə düşünmürəm ki, xüsusilə bizim komandamıza təsir etsin. Bu amil mühüm deyil.

- Antalyadakı təlim-məşq toplanışınız necə keçdi?

- Çox yaxşı keçdi. Mövsümün ikinci yarısı üçün gərgin şəkildə hazırlaşdıq. Antalyada çoxsaylı ağır məşqlər oldu. Bununla yanaşı, iki yoldaşlıq oyunu keçirdik və çalışdıq ki, hər 2 matçda eyni taktiki düzülüşü qoruyaq. Yaxşı hazırlaşdığımızı hesab etmək olar.

- İki hazırlıq matçını ayrı-ayrılıqda necə dəyərləndirirsiz?

- Fərqli ölkələrdən olan komandalara qarşı oynamaq həmişə mühüm və cəlbedicidir. Bu, fərdi olaraq özümüzə də faydalıdır. Həm də biz bütünlükdə oynadığımız komandanı tanımırıq. Ona görə də bu oyunlar ağır şəraitdə keçir. Bununla belə, hər 2 matçda baxımlı oyun göstərdik.

- Mövsümün ikinci yarısına sayılı günlər qalıb. “Sumqayıt” çempionata nə dərəcədə hazırdır?

- Komanda olaraq hazır olduğumuzu söyləyə bilərəm. Fərdi oyunçu keyfiyyətlərimə nəzər salsaq görərik ki, hazırda yaxşı formadayam. Mövsümün ikinci yarısını səbirsizliklə gözləyirəm.

- Qış fasiləsində hələ ki “Sumqayıt” transfer etməyib. Bu məqamın çıxışınıza mənfi təsir göstərəcəyindən narahat deyilsiz?

- Kənardan əsas diqqət yalnız transferlərə yönəlir. Amma heyətdəki oyunçular yalnız öz işlərinə fokuslanıblar. Onların əsas məqsədi mövsümün ikinci hissəsinə yaxşı başlamaqdır.

- 2024-cü ildəki ilk oyunu səfərdə “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu matçdan gözləntiləriniz nədir?

- Qəbələdə keçirilən matçlar həmişə öz çətinliyi ilə seçilir. Orada hər şey baş verə bilər. Amma biz səfərə yalnız qələbə üçün yollanırıq.

- Mövsümün ikinci yarısı üçün “Sumqayıt”ın hədəfləri nədən ibarətdir?

- Biz ilk matçda qələbə qazanmalıyıq. Həmçinin qarşıda Azərbaycan kubokunun 1/4 final mərhələsi bizi gözləyir. Kubokdakı matçları da səbirsizliklə gözləyirəm. Oradakı oyunlar da mənimçün xüsusi önəm daşıyır.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30