29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Ona Bakıda yaşamaq Leverkuzendən daha rahatdır"

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov futbolçunun Ağdam klubuna tez uyğunlaşdığını bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Legalbet”ə açıqlamasında bunun dil məsələsi ilə bağlı olduğunu bildirib: “Andrey üçün Bakıda yaşamaq Leverkuzendən daha asandır. Əsas dil məsələsidir. Rus dilində hamı ilə asanlıqla danışa bilir. Onu hamı başa düşür: məşqçilər korpusu, futbolçular. Alman və ya ingilis dillərində deyil, öz ana dilinizdə ünsiyyət qurmaq komandada ona çox rahatdır. Bu, uyğunlaşmağı asanlaşdırır.

Andrey ən çox hansı komanda üzvü ilə ünsiyyət qurur? Hamı ilə yaxşı münasibətdədir. Həmişə olduğu kimi, yəqin ki, qapıçılarla çox ünsiyyəti var. Onlar məşqdə daha çox vaxt keçirir və birlikdə işləyirlər. Bazada Andrey Moskva “Lokomotiv”inin yetirməsi olan qapıçı Amin Ramazanovla bir otaqda qalır”.

Smirnov Bakı haqda da müsbət fikirlər söyləyib: “Bakı çox inkişaf etmiş və gözəl şəhərdir, heyrətamiz mətbəxi var. Rahat yaşamaq üçün hər şey mövcuddur. Bu işlər üçün pul qoyurlar, çoxlu binalar, o cümlədən Moskvadakı kimi dəbdəbəli yaşayış binaları tikilir”.

Qeyd edək ki, “Zenit”lə üçqat Rusiya çempionu olan Lunyov 2021-ci ilin yayında "Bayer”ə transfer olunsa da, Bundesliqa klubunda cəmi 3 oyuna çıxıb. O, bu yay "Bayer"dən ayrılaraq azad agent kimi "Qarabağ"a keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30