29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

De Byazi: "Azərbaycan klublarında əcnəbilərin çoxluğu millinin işinə kömək etmir"

"Azərbaycan çempionatındakı klublarda əcnəbi futbolçular çoxdur. Bu isə açıq-aydın millinin işinə kömək etmir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniyanın "Abcnews" nəşrinə açıqlamasında deyib.
 
67 yaşlı mütəxəssis millidə işinin yaxşı getdiyini bildirib: "Biz çox inkişaf edirik. Amma aydındır ki, keyfiyyətli, yüksək səviyyəli futbolçular baxımından bəzi struktur problemlərimiz var".
 
İtaliyalı baş məşqçi daha əvvəl işlədiyi Albaniya millisindən də danışıb: "İnanıram və ümid edirəm ki, komanda Almaniyada keçiriləcək növbəti Avropa çempionatına vəsiqə qazanacaq. Əslində, buna heç bir şübhəm yoxdur. Əsas görüş Çexiyaya qarşı olacaq. Sonra Moldova və Farer adaları ilə səfər matçları daha asan keçməlidir. Düşünürəm ki, qrup lideri olmaq üçün onlarda hər şey var".
 
2016-cı ildə Albaniya ilə qitə çempionatının final mərhələsinə yüksələn De Byazi hazırkı yığmanın o vaxtkı komandadan beynəlxalq təcrübə baxımından daha yaxşı olduğunu söyləyib.
 
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan millisinin "sükanı arxasında" olan təcrübəli mütəxəssis 2011-2017-ci illərdə Albaniyada işləyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30