30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Baxşıyev: “Ağır məğlubiyyətdir”

“Bilirdik ki, bizim ağır oyun gözləyir. “Səbail” yaxşı təşkilatlanmış komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IX turunda “Səbail”lə oyundan sonra deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “Oyun ərzində üstünlüyə sahib idik. Xeyli qol epizodlarımız oldu. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir”.

Baxşıyev komandasının qələbəyə layiq olduğunu vurğulayıb: “Bu gün uduzmamalı idik. Futbolun yazılmamış qanunu var. Bu qədər şansı qaçırırsan, qol buraxmalısan. Oyunun keyfiyyətinə görə böyükhesablı qələbə gözləmək olardı. Hücum edən tərəf biz olsaq da, təəssüf ki, alınmadı”.

O, yaxaladıqları qol epizodlarını boşa vermələrini futbolçuların ustalıq səviyyəsi ilə bağlamayıb: “Yaxaladığın epizodlarda soyuqqanlı olmalısan. Amma ola bilmirik. Son oyunlarda məhz bu səbəbdən xeyli şansı boşa vermişik. Məşqlərdə bunun üzərində işləyirik. İnanıram ki, tezliklə bu problem də yoluna qoyulacaq”.

E.Baxşıyev matçın gedişində zədələnərək meydanı vaxtından əvvəl tərk edən Zurab Oçiqavanın durumunun qeyri-müəyyən olduğunun söyləyib: “Oçiqavanın əzələsi dartıldı. İndidən dəqiq bir söz demək olmur. Yalnız müayinədən sonra fikir bildirmək olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30