30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Elmar Baxşıyevdən qələbə şərhi

“Turnir cədvəlində bir-birinə yaxın olan iki komanda görüşürdü. Bilirdik ki, ağır oyun olacaq. Gəncə səfəri hər komanda üçün çətin keçir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı səfər qələbəsini belə şərh edib: "Oyuna daha çox nəzarət etməyi, hücum qurmağı düşünürdük. Komanda bunu etməyə çalışdı, istədiyimi meydanda verdi. Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Qarşıdakı matçları düşünürük. Bilirik ki, oyun keyfiyyətimizi artırmalıyıq. Qələbə təsadüfi də ola bilər, məni komandanın 3-4 oyundur istədiyimi verməyə çalışması sevindirir. Həmin oyun elementlərini qaydasına salsaq, nəticələr də gələcək. İlkin Qırtımov universal futbolçudur. Verdiyimiz tapşırıqları layiqincə yerinə yetirir. Ahmad Ayzaya potensialı olan, bizim üçün önəmli futbolçudur. Üzərində çalışır və bu mövsüm fərqli çıxış edə bilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30