29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Novruz Əzimov: “Fiziki hazırlığın aşağı olması sözünü dedi”

“Çempionatdakı ilk oyunumuz idi. Yeni yığılmış komandayıq. Bugünkü oyun da göstərdi ki, heyət tam formalaşmayıb. Fiziki cəhətdən də zəifik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Dinamo”nun baş məşqçisi Novruz Əzimov II Liqanın ilk turunda səfərdə “Sheki City”ə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

Təcrübəli mütəxəssis hazırlıqlara çox gec başladıqlarını bildirib: “AFFA İcraiyyə Komitəsinin avqustun 16-da keçirilən iclasında “Dinamo” barədə qərar verildi. Yalnız ondan sonra komandanı yığmağa başladıq. Ayın 21-dən məşq edirik. Heyətimiz əsasən İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının 19 yaşlı futbolçularından qurulub. Lakin axtarışlarımız davam edir. Komanda tam formalaşmayıb. Qarşıdakı matçlarda daha yaxşı oyun göstərib nəticə qazanmağa çalışacağıq”.

N.Əzimov klubun hədəfləri barədə də danışıb: “Dinamo” Yaşar Seyidovun və AFFA-nın təşəbbüsü ilə yaradılıb. Hədəf daha yaxşı oynamaq, nəticə qazanmaqdı. İndidən I Liqaya yüksəlmək barədə heç nə deyə bilmərəm. Ümumi götürdükdə, hamı istəyir ki, daha yaxşı nəticələrə imza atsın. O cümlədən də biz”.

“Dinamo”nun çalışdırıcısı komandanın yeganə qolunun müəllifi olan Valeh Seyidovun çıxışına da toxunub: “Valeh təcrübəli futbolçudu. Düzdü, bir müddət futboldan kənarda qaldı. Amma bizə faydası dəyəcək. Elə ilk oyunda da bunu sübuta yetirdi. Özü qazandığı penaltini qola çevirdi. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Bu da hardasa başa düşüləndi. Gözləyirdim ki, 60-cı dəqiqədən sonra komanda fiziki cəhətdən axsayacaq. Belə də oldu. Fiziki hazırlığın aşağı olması sözünü dedi”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30