30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Qəbələ" yeni transferini açıqladı

"Qəbələ" heyətinə yeni futbolçu qatıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Qırmızı-qaralar" son klubu “Adanaspor” olan Samuel Tettehi transfer edib. 27 yaşlı qanalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarında oynayıb.

Qananın U-20 yığmasında da çıxış etmiş hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Xatırladaq ki, "Qəbələ" bu yay Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko,  Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli, Bilel Auaşeriya və Rəşad Əzizlini də transfer edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30