29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Rauf Əliyev: “Belçika ilə oyunda sensasiya etmək olar” (MÜSAHİBƏ)

“12 İL KEÇSƏ DƏ, MƏNİ TANIYANLAR, GÖRƏNLƏR HƏMİŞƏ HƏMİN OYUNDAN DANIŞIRLAR”

Milli komandamızın sabiq hücumçusu Rauf Əliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- "Qarabağ"ın futbol akademiyasında fəaliyyətə başlamısınız. İşləriniz necə gedir?

- İşlərim normaldır. Qeyd etdiyiniz kimi, "Qarabağ"da işə başlamışam. Eləcə də B kateqoriyası üçün məşqçi kurslarına yazılmışam. Hər şey qaydasındadır. Məşqçilik yolunda ilk addımlarımızı atırıq.

- Niyə məhz "Qarabağ"ın futbol akademiyası? Başqa təklif var idi?

- Başqa bir klubla işə başlamaqla bağlı təklif almışdım, amma qismət "Qarabağ" oldu. Özüm də burada işə başlamaq istəyirdim. "Qarabağ" mənimçün doğma klubdur. Bu komandanın aşağı yaş qruplarından gəlmişəm.

- Bu günlərdə “Zəngəzur”da çıxış edən sabiq komanda yoldaşınız Əfran İsmayılov tezliklə sizi də minifutbolda görəcəyimizin anonsunu verdi...

- Bir müddətdir bu söhbət var. Əfran İsmayılov belə bir təklif irəli sürüb. O, minifutbolla çox maraqlanır. Əfran veteran futbolçulardan ibarət komanda toplayıb, çempionatda oynamaq istəyir. Mənimçün də belə bir çempionatda iştirak etmək maraqlı olar. Hələ ki tam dəqiq məlumatım yoxdur.

- Sentyabrın 9-da milli komandamız millisi Belçika ilə qarşılaşacaq. Bu oyundan gözləntiləriniz nədir?

- Əlbəttə ki, millimiz üçün çətin oyun olacaq. Belçika dünyanın ən güclü milli komandalarından biridir. Heyətində olan futbolçular Avropanın aparıcı klublarında oynayır. Cari seçmə mərhələdə millimiz hələ ki qələbə qazana bilməyib. Lakin Belçika ilə matçda sensasiya etmək olar. Rəqibdən çəkinməyərək oynamaq, mübarizə aparmaq lazımdır. Ola bilər ki, futbolçuların səviyyəsi baxımından onlardan geri qalırıq, amma ən azından belə oyunlarda mübarizə aparmaq lazımdır.

- Hazırda millimiz qrupda sonuncudu. Sizcə, axırıncı pillədən qurtulmaq mümkün olacaq?

- Şans barədə onu demək olar ki, millimiz əsasən ev oyunlarında rəqiblərdən xal ala bilər. Amma rəqiblər güclüdür. İstər Belçika olsun, istər Avstriya, istərsə də İsveç. Bu qrupda dişimizə uyğun rəqib yalnız Estoniyadı ki, onları da Bakıda məğlub edə bilmədik.

- De Byazinin açıqladığı son heyəti necə dəyərləndirərdiz?

- 3-4 oyunçunu çıxmaq şərti ilə heyətdəki oyunçular normaldır. Həmin 3-4 oyunçu öz klublarında meydana çıxmasalar belə, milliyə təkrar-təkrar dəvət alırlar. Bu barədə mətbuat da yazır. Belə hallar heç kimə xoş olmur. Həmin oyunçuların milliyə çağırılması nə dərəcədə düzdür, bunu bilmirəm.

Нет описания фото.

- Sonuncu dəfə Bakıda Belçika ilə qarşılaşmada millimiz heç-heçəyə nail olmuşdu (1:1) və qolumuzu da siz vurmuşduz. Həmin oyunu necə xatırlayırsınız?

- Düzü, həmin oyunun üzərindən 12 il keçib, amma məni tanıyanlar, görənlər həmişə bu oyundan danışırlar. Çünki həmin zaman da Belçika güclü idi. Heyətində Lukaku, Kompani, Hazard kimi oyunçular çıxış edirdi. Bugünkü gün də o qarşılaşma gözümün önündədir. Düşünürdüm ki, Belçika ilə oyundan öncə jurnalistlər məni yada salacaq (gülür). Oyun haqqında çox şeyi xatırlamaq olar. İnamlı təsir bağışlayıb rəqibdən 1 xal almışdıq. Millimizdən indi də həmin əzmkarlığı gözləyirəm. Hər şey ola bilər. Hazırda hər kəs Belçikanı favorit sayır, amma bu rəqibdən xal almaq olar.

- Belçikaya vurduğumuz sonuncu qolun müəllifi sentyabrın 9-da kimdən qol gözləyir?

- Fərqi yoxdur. Əsas odur ki, millimiz həm qol vursun, həm də nəticə qazansın. Hər bir oyunçunun fərqlənməyini istəyərəm. Futbolsevərlər daim oyunçularımıza, milli komandamıza dəstək olsunlar. Onlar bu cür dəstəyi görəndən sonra daha inamlı çıxış edəcəklər.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30