30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Səbail”dən Premyer Liqa klublarına “qırmızı işıq” - Şahin Diniyev nədən çəkinir?

“Transfer pəncərəsi bizim üçün artıq bağlanıb. Bu gün hər hansı bir futbolçunun keçidi gözlənilmir”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis çempionatda yaranan fasilə ilə bağlı planlarını da açıqlayıb: “Qarabağ”la oyundan sonra komandaya 4 günlük istirahət verilib. Ayın 8-də bir araya gəlib “Kəpəz”lə matçın hazırlıqlarına start verəcəyik. Sentyabrın 11-də yoxlama oyununda əvəzedici heyətlə üz-üzə gələcəyik”.

Maraqlıdır ki, digər klublar yoxlama matçında Premyer Liqa təmsilçiləri ilə qarşılaşacağı halda, “Səbail” niyə əvəzedici heyətə üstünlük verib?

Diniyev bunun səbəbini belə izah etdi: “Zədədən çəkinirəm, ona görə istəmədim ki, hansısa digər Premyer Liqa klubu ilə oynayaq. Əvvəl I Liqa klublarından biri ilə qarşılaşmaq istəyirdik. Lakin ayın 13-də I Liqada yeni mövsün start götürür. Bu səbəbdən də əvəzedicilərlə qarşılaşmaq qərarına gəldik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30