29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Ayxan Abbasov Emin Mahmudov və Kamran Ağayevin sabiq komanda yoldaşının yolunu gözləyir

“Turan Tovuz” qarşıdakı günlərdə daha bir futbolçunu heyətinə qatacaq.

Futbolxeber.az saytına bu barədə Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Mütəxəssis qeyd edib ki, toqolu müdafiəçi Emmanuel Hakman tezliklə komandaya qoşulacaq. Hazırda qanalı futbolçunun viza ilə bağlı sənədləri hazırlanır. Böyük ehtimalla, Hakman həftə sonuna kimi Tovuz təmsilçisinin düşərgəsində olacaq.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi uzun müddət Portuqaliyada legioner həyatı yaşayıb. O, “Vila Real”, “Boavişta”, “Aveş”, “Portimonense” və “Jil Visente”də forma geyib.“Turan Tovuz”un yeni transferi “Boavişta”da millimizin üzvləri - Emin Mahmudov və Kamran Ağayevlə komanda yoldaşı olub.

Hakmanın son klubu isə Serbiya təmsilçisi “Voyvodino” olub. Bu il Novi Sad təmsilçisinin heyətində toqolu futbolçu 12 görüşdə meydana çıxıb.

Emmanuel Hakman ötən ildən Toqo millisinə dəvət alır. Onun debütu 2022-ci il martin 24-də Sierra-Leone ilə matça təsadüf edib. Həmin görüşdə Toqo yığması 3 cavabsız qolla qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30