29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Araz-Naxçıvan”ın müdafiəçisi: “Kəpəz”lə oyunda qəribə hisslər keçirdim”

“Araz-Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayev “Kəpəz”lə oyundan sonra klubun mətbuat xidmətinin suallarını cavablandırıb. Futbolxeber.az saytı müsahibəni təqdim edir:

- “Kəpəz”lə oyunda qazanılan qələbə şərhini eşitmək istərdik...

- Bilirdik ki, Gəncə ən çətin səfərlərimizdən biri olacaq. Özüm də ötən il “Kəpəz”in formasını geyinmişəm. Bu komanda üçün doğma meydan amili hansı əhəmiyyət daşıdığını yaxşı bilirdim. Üstəlik, yerli azarkeşlər tərəfindən də komandaya yaxşı dəstək verilir. Oyuna hazırlıqlı başlamışdıq, motivasiyamız da yaxşı idi. Meydan sahibi komandanın təzyiqinə baxmayaraq, yaradacağımız imkanlardan maksimum istifadə etmək istəyirdik. Çox şükür, bunu bacardıq.

- Ötən il uğuru üçün çalışdığın komandaya qarşı bu dəfə rəqib qismində mübarizə aparmaq çətin olmadı?

- Qəribə hisslər keçirdim. Halbuki ötən il bu meydana “Kəpəz”ə qələbə qazandırmaq üçün çıxırdım. Rəqib qismində gəlsəm də, yerli azarkeşlər məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Futbolçu karyerası elədir ki, ötən il Gəncə azarkeşlərini sevindirmək üçün çalışırdım, bu gün Naxçıvan futbolsevərlərinə eyni hissi yaşatmaq üçün mübrizə aparıram. Sabah necə olacaq, onu zaman göstərəcək.

- “Kəpəz”in əsas silahlarından Martins Junioru zərərsizləşdirmək çətin olmadı?

- Martinin necə futbolçu olduğunu, hansı üstünlüyə sahib olduğunu bilirdim. Çünki ötən il eyni komandada oynadığımıza görə, məşqlərdə birgə çox iştirak etmişik. Ona qarşı oyunum yaxşı alındı. Görünür, təhlilər düzgün aparılmışdı.

- Əvvəlki 4 oyunda “Araz-Naxçıvan” oyunu ilə gündəm olmuşdusa, bu dəfə nəticə ön plana çıxdı.

- Futbolda əsas nəticədir. Əlbəttə, baxımlı futbol nümayiş etdirmək yaxşıdır, amma bunu nəticəyə çevirə bilmirsənsə, komandana ancaq ziyan vurursan. “Kəpəz”lə matçda isə nəticə əsas idi. Matçdan əvvəl hər iki komanda eyni sayda xala malik idi. Bir növ 6 xallıq matç idi.

- Milli komandanın oyunları ilə bağlı yaranmış fasiləni komandamız üçün “qənimət” hesab etmək olarmı?

- Olar, çünki komanda olaraq yay fasiləsi zamanı gec yığışdıq, təlim-məşq toplanışı keçirmədik. Komanda üzvləri indi-indi bir-birini başa düşməyə, meydanda anlamağa başlayıb. Düzdür, fasilə zamanı “Araz-Naxçıvan”ın düşərgəsində olmayacam. U-21-in Serbiya ilə keçirəcəyi oyunun hazırlığına dəvət olunmuşam. Bir futbolçu üçün milliyə dəvət almaq, onun uğurları üçün çalışmaq hər zaman fəxr olub. Geri döndükdən sonra yenə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacam.

- Qarşıda “Neftçi” ilə oyun var. Son matçlarda uğurlu nəticələri ilə seçilən “ağ-qaralar”la duel haqda nə düşünürsən?

- Oyun çox çətin olacaq. “Neftçi” çempionluğa iddialıdır, yeni heyət yığıb, məşqçi korpusunu dəyişib. Amma “Araz-Naxçıvan” arxada qalan 5 turda qazandığı müsbət imici və nəticələri bu görüşdə də təkrarlamaq üçün mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30