30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Roi Kehat: “Samir Abasovun məndən nə istədiyini bilirəm” - AÇIQLAMA

“Təbii ki, “Neftçi” ilə oyunun nəticəsinə görə sevinə bilmərik. Çempionatda ilk məğlubiyyətimizi aldıq. Lakin qarşıda bizi uzun yol gözləyir. Həm də unutmaq lazım deyil ki, Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynadıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın üzvü Roi Kehat Azərbaycan Premyer Liqasının V turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.  

İsrailli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında yaranan fasilənin komandasının xeyrinə olacağını bildirib: “Bu, komanda üçün olduqca xeyirlidir. Mənim kimi digər yeni oyunçuların komandaya adaptasiyası üçün, fiziki cəhətdən inkişaf etmək üçün bu fasilə faydalı olacaq”.

31 yaşlı futbolçu öz uyğunlaşması barədə də danışıb: “Komandaya yaxşı adaptasiya olmuşam. Baş məşqçinin məndən nə istədiyini bilirəm. Hər oyun komandama xeyir vermək üçün meydana çıxıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30