30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Füzuli”nin baş məşqçisi: “2:0 öndə olarkən daha çox qol vurmaq yox, müdafiə barədə düşünməliydik”

AMİT QULUZADƏ: “II LİQA SƏVİYYƏSİNƏ GÖRƏ I LİQADAN HEÇ DƏ GERİ QALMIR”

“Oyuna çox yaxşı başlamışdıq. Necə fikirləşirdiksə, elə də gedirdi hər şey. Sadəcə olaraq “Cəbrayıl” bizdən daha hazırlıq idi və bu, meydanda görünürdü”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqanın açılış oyununda “Cəbrayıl”a 3:4 hesabı ilə uduzan “Füzuli”nin baş məşqçisi Amit Quluzadə deyib.

O, 2:0 hesabı ilə öndə olduqları görüşdə uduzmalarının səbəbini daha çox qol vurmaq istəyi ilə əlaqələndirib: “Əsas problemimiz odur ki, uşaqlar bəzi epizodlarda çatdıra bilmədilər. Düzgün qərar verməkdə çətinlik çəkirdik. Özlüyümdə səhvlərimizi analiz edəcəm. Amma 2:0 öndə olarkən daha çox qol vurmaq yox, müdafiə barədə düşünməliydik. Uşaqlar qol vurmağa həvəsli idilər. Eybi yoxdu, ilk oyun idi”.

31 yaşlı məşqçi yenilgiyə baxmayaraq, komandasından narazılıq etməyib: “Hava şəraiti də işimizi çətinləşdirirdi. Özünüz də gördüz ki, belə istidə oynamaq çox çətindi. İstəməzdim məğlubiyyətlə başlayaq, amma futbol oynayaraq uduzduq. Hansısa neqativ hal yoxdu. Növbəti oyunlara kimi səhvlərimizin üzərində işləyəcəyik. Çempionat qabaqdadı. Məğlub olduq bu gün, lakin səhvlərimizi görmək baxımından matç bizim üçün faydalı oldu”.

Quluzadə qarşılarına hansı hədəfin qoyulması barədə sualı belə cavablandırıb: “Hazırda qarşımıza konkret hədəf qoyulmayıb. Lakin həm mənim, həm də uşaqların hədəfi Füzulini bacardığımız qədər yaxşı təmsil etməkdi”.

“Füzuli”nin çalışdırıcısı II Liqanın gərgin mübarizə şəraitində keçəcəyini söyləyib: “Bəzi komandaların oyunlarını izləmişəm. Ona görə də deyə bilərəm ki, II Liqa səviyyəsinə görə I Liqadan heç də geri qalmır. Futbolçuları səviyyəsi heç də pis deyil. II Liqada yaxşı komandalar var, biz də onlardan biriyik”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30