29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Cavid Hüseynov: “Qələbəyə layiq idik”

“40 DƏRƏCƏ İSTİDƏ, ÖZÜ DƏ SÜNİ MEYDANÇADA OYNAMAQ HƏM “CƏBRAYIL”, HƏM DƏ “FÜZULİ” ÜÇÜN ÇOX ÇƏTİN İDİ”

“Oyun həddindən artıq çətin keçdi. Çünki günorta saat 1-də oynamaq futbolçulara çox çətinlik yaratdı. 36-40 dərəcə istidə, özü də süni meydançada oynamaq hər iki komanda üçün çox çətin idi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqanın açılış oyununda “Füzuli”ni 4:3 hesabı ilə məğlub edən “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov deyib.

O, əsas rəqiblərindən biri üzərində qələbə qazandıqlarını qeyd edib: “Rəqibin heyətində təcrübəli futbolçular var. Buna görə də oyunun ssenarisini təxmin edirdik. Komandam meydanda rəqibdən daha dözümlü olmalı idi. Düşünürəm ki, bugünkü qələbəyə layiq idik. Əsas rəqiblərimizdən birini məğlub etməyi bacardıq”.

Hüseynov hədəflərindən də söz açıb: “Günü-gündən inkişaf etmək istəyirik. Yanaşmamız tam peşəkardı. Hədəf yaxşı komanda formalaşdırmaqdı. Nəticələr olduqca hədəflərimiz də artacaq”.

O, “Cəbrayıl”a olan dəstəyə dı toxunub: “Cəbrayılda futbolçu çox sevirlər. Həm azarkeşlər, həm icra orqanları, həm də ağsaqqallardan komandamıza dəstək var. İnşallah bundan sonra da dəstək verərlər”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30