29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Sumqayıt”la oyun “Neftçi”nin üç futbolçusu üçün yubileylə yadda qalıb

Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”la səfər oyunu “Neftçi”nin üç futbolçusu üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, Bakı klubunun üzvləri “ağ-qaralar”ın heyətində yubiley qeyd ediblər.

Emin Mahmudov “Neftçi”də 200-cü oyununu keçirib. 31 yaşlı yarımmüdafiəçinin yubileyi V tura təsadüf edib. O, kapitanı olduğu komandanın “Sumqayıt”la səfər görüşünə start heyətində çıxıb. Emin 200 qarşılaşmada 51 qol vurub. O, Premyer Liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda 25 (9 qol) dəfə “ağ-qaralar”ın formasını geyinib. Mahmudov 2017/18 mövsümündən “Neftçi”də çıxış edir. Onun debütü 2017-ci il sentyabrın 24-də “Qəbələ” ilə Premyer Liqanın səfər matçında (1:2) gerçəkləşib.

Rəhman Hacıyev Bakı klubunda 150-ci çempionat matçına çıxıb. O, bu görüşlərdə 15 qol vurub. 30 yaşlı yarımmüdafiəçi 2014/15 mövsümündən fasilələrlə paytaxt təmsilçisində forma geyinib. Onun debütü 2015-ci il fevralın 6-da “Simurq”la ev oyununda (0:0) gerçəkləşib.

İsmayıl Zülfüqarlı isə Premyer Liqada 50-ci oyununa çıxıb. Yalnız “Neftçi”nin formasını geyinən 22 yaşlı yarımmüdafiəçi çempionatda 3 qol vurub. O, 2019/20 mövsümündə debüt edib. Gənc futbolçu 2019-cu il avqustun 19-da “Sabah”a (1:1) qarşı forma geyinib.

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”a səfərdə 1:0 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30