29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Hamidu Keyta: “Səbail”ə məğlubiyyəti meydança amili ilə bağlamaq olmaz” (MÜSAHİBƏ)

“ZİRƏ”YƏ ÇEMPİONATI İKİNCİ YERDƏ BİTİRMƏYİ ARZULAYIRAM”

“Qarabağ”ın yarımmüdafiəçisi Hamidu Keytanın Futbolxeber.az saytına müsahibəsi

 

- Komandanız Azərbaycan Premyer Liqasının V turunda “Səbail”ə uduzdu. Məğlubiyyəti necə şərh edərdiz?

- Çətin matç oldu. "Səbail" olduqca yaxşı komandadır. Düşünürdük ki, 3 xal ala bilərik. Lakin hesabı açdıqdan sonra rəqib geridonüş etməyi bacardı. Avropa Liqasından sonra müəyyən qədər yorğun idik. Bu da nəticədə özünü göstərdi. Növbəti oyunda daha yaxşı performans sərgiləyəcəyik.

- "Səbail" güclü idi, yoxsa “Qarabağ”ın süni ot örtüyündə mübarizə aparmaq üçün gücü çatmadı?

- Məğlub olmağımızda əsas səbəb meydança deyil. Yenilgini bu amillə bağlamaq olmaz. Bir az yorğun olsaq da, mübarizə apardıq. Bu oyunu uduzsaq da, növbəti matçlara daha yaxşı hazırlaşacağıq. İnanıram ki, qarşıdakı matçlarda qələbələri sıralayacağıq.

- Avropa Liqasının qrup mərhələsinin püşkünü “Qarabağ” üçün uğurlu hesab etmək mümkündür?

- Rəqiblərimiz çox yaxşıdır, baxımlı futbol oynayırlar. Lakin indiki məqamda bizim üçün Azərbaycan Premyer Liqasına köklənmək daha önəmlidir. Çünki çempionata yaxşı başlamamışıq.

- İlk 5 tur ərzində “Qarabağ” artıq 2 dəfə uduzub. Halbuki ötən mövsüm komanda uzun müddət məğlubiyyət acısı yaşamamışdı. Bunu nə ilə əlaqələndirmək olar: “Qarabağ” zəifləyib, yoxsa..?

- Belə düşünmürəm. Futbolda bu cür hallar baş verə bilir. Hər dəfə qalib ola bilmərik. "Qarabağ"ın hazırda adaptasiyaya ehtiyacı olan bir neçə oyunçusu var. Fikrimcə, zamanla komandamız daha yaxşı çıxış edəcək.

- “Səbail”lə matçda “Qarabağ”ın heyətində qol hesabını açdız. Növbəti oyunlarda bunun ardı gələcək?

- Əlbəttə, hər oyunda qol vuraraq, məhsuldar ötürmələr verərək komandama kömək etməyə hazıram. Bu, mənim işimdir.

- Azarkeşlər düşünür ki, "Zirə"dəki Hamidu Keytanı “Qarabağ”da görə bilmirik...

- Xeyr, siz "Qarabağ"ın heyətində "Zirə"dəkindən daha yaxşı Keyta görəcəksiz. Sadəcə vaxta ehtiyacım var. "Qarabağ"da heyətə düşmək üçün ilk növbədə komandaya tam adaptasiya olmalıyam. Mən səbrliyəm. İnanıram ki, daha yaxşısını bacaracam.

- Sabiq komandanız “Zirə” hazırda çempionatın lideridir. Bu, sizin üçün gözlənilməz deyil?

- “Zirə” çempionata çox yaxşı başladı. Amma sonluq daha vacibdir. "Zirə"yə çempionatı ikinci yerdə bitirməyi arzulayıram. Biz birinci olacağıq.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30