30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurbanov: “Deyəcək çox söz yoxdur”

"Məğlub olsaq da, yaxşı oyun oldu. İki komanda tərəfdən dinamik matç keçdi. Deyəcək çox söz yoxdur. 100 faizlik imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan, futbolçuların yanaşmasından razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, millinin oyunları bağlı çempionatda yaranacaq fasilədən tam yararlana bilməyəcəklərini bildirib:  "Əfsuslar olsun, komanda olaraq birlikdə istirahət edə bilməyəcəyik. Digər futbolçulara üç gün istirahət verəcəyik və sonra çalışmağa başlayacağıq. Futbolçuların istirahətə ehtiyacı var".

Q.Qurbanov qapıda Andrey Lunyova yox, Şahruddin Məhəmmədəliyevə şans verməsi ilə bağlı da danıışıb: "Limit və meydança amili var idi. Digər tərəfdən təcrübə də vacibdir. Şahruddinin oynamasına ehtiyac var idi. Qərar belə oldu".

Baş məşqçi avrokuboklara görə yaranacaq sıx qrafikdə problemlərinin olacağını bildirib: "Bu, problemdir. Futbolçularımızı da saxlamalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi heç meydana buraxmadım, onların yığmadakı oyunu daha tezdir. Çempionata normal formada hazırlaşa bilməmişik. İlk deyil, illərdir belə rotasiyalar edirik. Bu dəfə yaxşı alınmadı. Çatışmazlıqları proqramımıza baxıb, həll etməyə çalışacağıq".

Qurbanov "Səbail" futbolçularının hesabda önə keçdikdən sonra vaxtı uzatmaları ilə bağlı deyib: "Vaxt keçirmək olar, amma hakimlərə deyəndə deyirlər vaxtı əlavə edəcəyik. Lakin məsələ bu deyil. Oyunu ələ alırsan, 3-4 dəqiqəlik pauza yaranır. Bu, futbolçularda qıcıq yaradır. Bu qədər vaxtı aparmalarını, tempin aşağı düşməsini istəməzdim. Hakimə bildirirdim ki, əvvəldən xəbərdarlıq et, belə hallar yaşanmasın. Vaxt aparmaq rəqiblərin taktiki planıdır. Qarşıdakı rəqib də həddən artıq istəkli olanda onlara hörmətlə yanaşıram. Qələbə üçün hər variantdan istifadə edirlər. Bu qədər temp salmasaq yaxşı olar".

Q.Qurbanov "Qışdan sonra itirilən xalları kompensasiya etmək olacaq" sualını da da cavablandırıb: "Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha aktiv olmalıyıq. Növbəti ili bilmək olmaz. Bəlkə, qrupda uğurlu olduq və növbəti ili sıx qrafikdə keçirdik. Neçə ildir bu yoldayıq. Sadəcə bu mövsüm startda itkilər çox oldu. Liderlər sırasında olmaq istəyiriksə, aktiv olmalıyıq. Düzünü etməyə çalışacağıq. Biz də uğurlu olmaq istəyirik. Hər turnirdə maksimum gücdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi çalışırıq ki, nəticələrimizi minimum qoruyub-saxlayaq, maksimum daha yaxşı edək".

"Qarabağ"ın çalışdırıcısı zədəli futbolçusu Bədavi Hüseynovun komandaya qoşulmasə üçün 15-20 gün vaxt lazım olduğunu da deyib.

Q.Qurbanov çempionatın əvvəlindəki xal itkilərinin onlar üçün faciə olmadığını bildirib: "Amma nəticəyə təsir edə bilər. Xallarımızdan razı deyilik, amma görünür ki, çempionat bu il fərqli olacaq. Bəzən böyük çempionatlarda görürsən ki, 10 ildən bir düşünülməyən nəticə olur. Xal itirməyən komanda yoxdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30