29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Azər Məmmədov məğlubiyyəti şərh etdi

"Oyunun bizim üçün hansı əhəmiyyət daşıdığını bilirdik. Normal düşünsək, "Araz-Naxçıvan" çempionatda bizim əsas rəqibimizdir. Və bu oyun bizə görə 6 xallıq matç idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Araz-Naxçıvan"la Gəncədə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Təəsüflər olsun ki, bu gün xalı "Araz-Naxçıvan"a verdik. İki fərqli hissə oldu. "Turan Tovuz" ilə görüşdə olduğu kimi ilk yarıda qısa zamanda iki qol buraxdıq. Açığı deyim ki, topları da öz səhvlərimizdən buraxdıq. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. Buna baxmayaraq ikinci hissədə çalışdıq ki, fərqi aradan qaldıraq. Təəsüflər olsun ki, tam bacara bilmədik".

A.Məmmədov çempionatda yaranacaq fasilədə səhvləri aradan qaldırmalı olduqlarını bildirib: "Çempionat yeni başlayıb. 5 tur keçib. Uzun marafon var. Çalışmaq lazımdır. Hücum xəttində dişsizlik görünür. Fasilə dövründə bunun üzərində işləyəcəyik ki, çatışmazlıqları aradan qaldıraq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30