30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Zaur Axundov: “Gəncə stadionuna baxanda adamın ürəyi ağrıyır” (MÜSAHİBƏ)

AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Futbolxeber.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” Çempionlar Liqasında çıxışını erkən başa vurdu. Komandanın uğursuzluğu barədə nə deyə bilərsiz?

- Belə nəticə gözləməzdik. Arxayınçılıq, edilən səhvlər uğursuzluğa gətirib çıxardı. İnanıram ki, komanda bundan ciddi nəticə çıxaracaq. Gələcəkdə eyni səhvlər təkrarlanmayacaq.  

- Bu, Vitali Borisovun baş məşqçi kimi ilk sınağı idi. Demək olar ki, o, ilk sınaqdan uğursuz çıxdı?

- Təbii ki, Borisovun debütu uğursuz oldu. Amma bu, idmandır. Qarşıda dünya çempionatının seçmə mərhələsi gəlir. Komanda şəklində bu oyunlara ciddi hazırlaşmalıdırlar. Vitali Borisovla bir illik müqaviləmiz var. Müqaviləyə əsasən may ayının sonuna qədər işimizi davam etdirəcəyik.

- Futbol millimizdən Belçika ilə oyunda nə gözləmək olar?

- Futbolda hər şey ola bilər. İstər Belçika yox, Braziliya olsun, əsas odur ki, futbolçular meydanda döyüşsünlər. Futbolda udmaq da olar, uduzmaq da. Əsas odur ki, futbolçular sonadək döyüşüb meydanda azərbaycanlı xarakterini nümayiş etdirsinlər. Bizə döyüşkən futbolçular lazımdır. Rəqibdən çəkinmək lazım deyil. Məşqçi dediyini etsinlər. Dövlətimizin qələbəsi qarşısında futbolda da öz sözümüzü deməliyik. Döyüşkən olsalar, hər bir nəticə mümkündü.

- Bu gün Gəncə şəhər stadionundasız. Arenanın bu vəziyyəti sizə necə təsir etdi?

- Gəncə şəhər stadionuna baxanda adamın ürəyi ağrıyır. Gəncə Azərbaycanda futbol ənənəsi olan şəhərdir. Burada futbolu sevirlər. Burada hər oyuna azarkeşlər gəlir. İnanıram ki, yaxın bir zamanda stadion təmir olunub azarkeşlərin istifadəsinə veriləcək.

- "Araz-Naxçıvan"ın “Kəpəz” üzərində bugünkü qələbəsini necə şərh edərdiz?

- Komanda qələbə qazandı. Bir naxçıvanlı olaraq gəldim bazar günündə oyunu izlədim. Komandada çatışmazlıqlar var. Ümid edirəm ki, məşqçilər korpusu fasilədən istifadə edib komandanı növbəti oyunlara yaxşı hazırlayacaq.

- Gəncədə komanda var, stadion yoxdur. Lənkəranda isə stadion olsa da, komanda yoxdur. Niyə Lənkəran futbolsuz qalıb?

- Lənkərana normal sponsor lazımdır ki, komanda qurub, aşağı liqadan mübarizəyə başlasın. "Araz-Naxçıvan" 8 ildi əsas liqada oynamırdı. Blokada şəraitində olsa da, aşağı liqada çıxış etdi. Hətta bəzən qışda ora təyyarə də uçmur. Lənkəran isə paytaxtdan 2 saatlıq yoldu.

- Əvvəlki turlardan fərqli olaraq, bu gün “Araz-Naxçıvan” dəstəksiz qalmışdı...

- Bunu klubun funksionerlərindən soruşmaq lazımdır. Bununla belə, bugünkü oyunda atmosfer əla idi. Gəncə azarkeşlərinə əhsən. Sona kimi komandanı dəstəklədilər. Halal olsun. Yeni stadion olsa, “Kəpəz” daha möhtəşəm dəstək altında çıxış edər.

İbrahim CƏFƏROV, Gəncə




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30