29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Renat Dadaşov “Hatayspor”da

Milli komandamızın hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopers” klubundan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı futbolçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək. O, “Hatayspor”la anlaşıb.

Dadaşov artıq İsveçrə klubunun düşərgəsini tərk edərək, Türkiyəyə yollanıb. Bu səbəbdən də Dadaşovun adı dünən ölkə çempionatının altıncı turunda “Lozanna”ya qarşı keçirilən matçın iştirak ərizəsinə daxil edilməyib.

“Hatayspor”un Renatın keçidini tezliklə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Superliqasının IV turu çərçivəsində bu gün öz meydanında “Adana Demirspor”u qəbul edəcək “Hatayspor” 3 oyundan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30