30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Lebondan qələbə şərhi: “Əziyyət çəkməli olduq”

“Çətin oyun oldu. Gördüyünüz kimi, görüş ərzində cəmi bir dəfə fərqlənə bildik. "Sumqayıt" olduqca çətin rəqibdir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Azərbaycan Premyer Liqasının V turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri qarşılaşma barədə danışarkən deyib.

Fransız futbolçu ardıcıl iki qələbə qazanmalarının müsbət məqam olduğunu bildirib: “Mübarizə aparmalı, əziyyət çəkməli olduq. Ancaq hesab edirəm ki, görüşdə potensialımızı ortaya qoymağı bacardıq. Qələbə qazanmaq çox xoşdur. Ard-arda iki oyunu qələbə ilə başa vurmaq olduqca müsbət məqamdır”.  

O, növbəti turda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri matçda da söz açıb: “Çətin oyun olacaq. Azərbaycan Premyer Liqasında  olduqca güclü komandalar var. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Ümumiyyətlə, hər matça 3 xal üçün çıxırıq, bütün görüşlərdə qalib gəlmək istəyirik. Milli komandaların oyunlarına görə istirahət edib növbəti oyuna hazırlaşmaq üçün çox vaxtımız var. Ümid edirəm ki, "Araz-Naxçıvan"a qalib gələ biləcəyik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30