29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Rüstəm Əhmədzadə: “Qəbələ” meydana vuruşmaq üçün çıxmışdı” (MÜSAHİBƏ)

“Zirə”nin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Futbolxeber.az saytına müsahibə verib.

- Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”yə uduzduz (0:1). Səfərdə uğur qazanmaq üçün komandanızda nə çatışmadı?

- Buna qədər ardıcıl 4 turda qələbə qazanmışdıq. Qəbələyə də 3 xal üçün gəlmişdik. Həftə boyu bu matça ciddi hazırlaşmışdıq. Qələbə seriyamızı “Qəbələ” ilə oyunda da davam etdirmək istəyirdik. Lakin meydanda istədiklərimiz alınmadı. Bəzən futbolda belə də olur. Matçın gedişində baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilmədik. Bu da özünü nəticədə göstərdi. Rəqib də bundan yararlanıb hesabı açdı. Özümüzə gələndə isə artıq gec idi.

- Matç çox gərgin keçdi, meydanda tez-tez mübahisə düşürdü. Bunu nə ilə əlaqələndirmək olar?

- Bunu başa düşmək olar. Çünki “Qəbələ” əvvəlki dörd oyunun hamısında uduzmuşdu. Onlar meydana vuruşmaq üçün çıxmışdılar. Mütləq xarakter nümayiş etdirib qələbə qazanmalı idilər. Biz də qələbə seriyamızı davam etdirmək istəyirdik. Bu matçda da 2 seriyadan biri qırılmalı idi.

- Ola bilər ki, ardıcıl 4 qələbədən sonra komandada arxayınçılıq yaransın?

- Xeyr, biz hazırkı nəticə ilə qane olmuruq. Başa düşürük ki, hələ heç nə etməmişik. Uğurlu çıxışımızı davam etdirmək üçün daha çox çalışmalıyıq. İnkişaf etmək istəyiriksə, dayanmaq olmaz.

- Cari mövsümün son illərin ən gərgin çempionatı olacağı deyilir. İlk 5 tur ehtimalları təsdiqləyir?

- Bəli, bu fikirlə tam razıyam. Bütün rəqiblər meydanda var gücü ilə mübarizə aparır. Heç bir oyun asan keçmir. Hər bir rəqib digərini məğlub edə bilər. Komandalardan heç bir digərlərini bir baş üstələmir.

- “Zirə”nin cari mövsümdəki hədəfi nədi?

- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Mümkün olduğu qədər daha yuxarı pillələrdə qərarlaşmalıyıq. Hər oyun bizim üçün finala bərabərdi. Rəqibin kimliyindən asılı olaraq hər matça 3 xal üçün çıxırıq.

- Ötən mövsüm bitdikdən sonra müsahibənizdə bildirmişdiz ki, “Qarabağ”a qayıdaraq, əsas heyət uğrunda mübarizə aparacam. Lakin “Zirə”də qaldız. Buna səbəb nə oldu?

- Bəli, fikrim elə idi. Lakin gördüm ki, hələ də tam istədiyim səviyyədə deyiləm. “Qarabağ”a elə-belə qayıtmaq istəmirəm. Məqsədim geri dönərkən əsas heyət üzvü olmaqdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30