29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Manteka Oktavio: “Təəssüf ki, sumqayıtlı azarkeşləri sevindirə bilmədik”

“Qarşılaşma bizim üçün çətin oldu. Bu mövsüm evdə keçirdiyimiz ilk oyunumuz idi. 3 xal üçün meydana çıxmışdıq. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Manteka Oktavio Azərbaycan Premyer Liqasının V turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, rəqibin güclü olduğunu qeyd edib: "Neftçi" çox yaxşı komandadır. Qol vurmaq üçün kifayət qədər fürsətlərimiz olsa da, yararlana bilmədik. Bu, futboldur. Hər bir nəticəyə hazır olmaq lazımdır”.

İspan yarımmüdafiəçi Samir Abasovun fasilədə hansı tapşırıq verməsi barədə sualı belə cavablandırıb: “Fasilədə baş məşqçi bizi ruhlandırdı. Həmişə bizimlə belə danışır”.

O, növbəti turda çempionatın lideri "Zirə"yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Eyni əhval-ruhiyyədə bu oyuna çıxacağıq. Yalnız qələbə qazanmaq istəyirik. Hədəflərimiz dəyişmir. Oyundan oyuna inkişaf edirik. "Zirə" yaxşı komanda olsa da, biz onlara qalib gələ bilərik”.

Oktavio “Sumqayıt”ın hədəflərindən də söz açıb: “Qarşımızda xüsusi olaraq bir hədəf qoyulmayıb. Hər oyun qələbə qazanmaq istəyirik. Bacardığımız qədər çox qol vurmaq niyyətindəyik. Yuxarı pillələrdə qərarlaşmaq hədəflərimizdəndir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30