29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Adrian Mutu qələbəni şərh etdi

"Çox vacib üç xal qazandıq. Meydança amili bizə çətinlik yaradırdı. Qələbə qazandığımıza görə sevincliyəm".

Futbolxeber.az saytının məlumatıan görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la oyunundan sonra keçirilən mətbuat konfansında deyib.

Rumın mütəxəssis komandasından razılığını ifadə edib: "Çətin perioddan keçmişik. Komandadan razıyam. "Kəpəz"də oyunda daha yaxşı oynamağımızı gözləyirdim. Fasilədən sonra daha yaxşı olmağa çalışacağıq".

O, yaxın günlərdə yeni transferin olacağını vurğulayıb: "Həmin transferlərdən sonra bizim üçün pəncərə bağlanacaq. Daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Sevinirəm ki, bu matçda 100 faizli nəticə oldu. Bir epizod oldu və qola çevirdik. Ümumi götürəndə, bu cür meydançada oynamaq asan deyil. Futbolçular əllərindən gələni etdilər."

Mutu bu gün debüt matçında qol vuran Dieqo Valdez haqda da danışıb: "Komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, oyunumuza, məşqimizə baxıb komandaya adaptasiya olsun. Göstərdi ki, qol da vura bilir. Onun performansı məni sevindirir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30