30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Komanda olaraq yaxşıyıq”

Rəqibi təbrik edirəm. Biz də pis oynamadıq, matçdan sonra futbolçularımı təbrik etdim. Komandamız artıq komplektləşir. Həftələr keçdikcə daha yaxşı olacağıq. 3-4 turdan sonra fiziki baxımından tam formaya düşəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: "Bu gün elə də pis oynamadıq. İlk hissə hər iki qapıda epizodlar çox oldu. Biz tam köklənmişdik. İkinci hissə daha yaxşı oynadıq. Ümid edirəm ki, daha yaxşı olacaq. Transferlərin gec gəlməsinin təsiri var. Sağolsunlar futbolçular tapşırığımı edirlər. Azarkeşlərə də təşəkkür edirəm ki, sonacan qaldılar”.

Mütəxəssis futbolçularının yaxşı oynadığını söyləyib: "Oyundan qopmadıq. Məşqlərdə hazırlaşdığımız şeyləri də etməyə çalışdılar. Heç-heçə olsaydı, daha yaxşı motivasiya ilə gedərdik. Bəlkə də, ədalətli nəticə bu olardı".

S.Abasov komandasının bu mövsüm hər oyunda qol buraxması haqda deyib: "Ötən il problemlər yaşayırdıq. 7 oyuna bir qol vurmuşduq. İndi bunu düzəltmişik. Müdafiədə çox diqqətli oynayırıq. Qapımıza yaxınlaşmağa imkan vermədik. Futbolda belə şeylər olur. Müdafiədən narazı deyiləm. Tez-tez dəyişiklər edirik. Düşünürəm ki, bütün komanda olaraq yaxşıyıq".

O, vinger transferi gözlədiklərini vurğlayıb: "Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra tam komplektləşmiş saymaq olar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30