30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Valdez: “Neftçi"də debüt oyununda həm qol vurmaq, həm də...”

Mənimçün çox vacib oyun oldu. Debüt oyununda həm qol vurmaq, həm də komandama qələbə qazandırdığım üçün çox sevincliyəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yeni transferi Dieqo Valdez Azərbaycan Premyer Liqasının V turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Paraqvaylı futbolçu öz çıxışı barədə də fikirlərini açıqlayıb: “Öz oyunumdan razı qaldım. Bundan da yaxşısını edə bilərəm”.

Valdez çempionatda yaranan fasilənin “Neftçi”yə müsbət təsir göstərəcəyini qeyd edib: “Bizim üçün çox önəmli həftə olacaq. Yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Yaxşı məşq etməliyik. Növbəti oyuna hazır olmalıyıq”.

O, "Neftçi"də özünü yaxşı hiss etdiyini bildirib: “1 həftədir burdayam. Şəhəri görməyə hələ ki vaxtım olmayıb. Komandaya adaptasiya olduqca yaxşı gedir. Heyətdəki oyunçular məni çox yaxşı qarşıladı”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30