29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Rəşad Sadıqov: “Son vuruşlarda dəqiqlik çatmadı”

“Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: “Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissədə fərqli "Zirə" gördük. Sadəcə olaraq son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Uduzduğumuza görə məyusuq".

O, “Qəbələ” ilə oyunlarının uğursuz alınmasına belə münasibət bildirib: “Bəli, “Qəbələ” ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik, amma alınmadı”.

Sadıqov komandasının üzvü İlkin Muradovun əsas komandadan kənarda qalmasına da münasibət bildirib: “Cəzalandırmaq deməzdim. İlkin komandamızdadır. Performansı ilə bağlı belə əsas heyətdən kənarda qalmasına qərar vermişik. Növbəti turlarda onu da görə bilərik, komandadan getməsi də mümkündü. Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Çözməyə çalışırıq”.

“Zirə”nin çalışdırıcısı Qismət Alıyevə hansı tapşırıq verməsindən də söz açıb: “Bilirdik ki, keçmişdə mərkəzdə oynayıb. İsmayılın itkisindən sonra yerli oyunçu ilə bağlı problem yaşayırıq. Buna görə belə qərar verdik. Yarımüdafiədə də Qismət yaxşı oynadı”.

Milli komandaya "Zirə"dən kimlərin çağırılması haqda isə Rəşad Sadıqov bunları söyləyib: “Yəqin ki, bizdən çağırılanlar əsas heyətdə oynamayacaq. Mən məşqçi olaraq istəyərdim ki, getməsinlər, bizimlə birlikdə hazırlaşsınlar. Amma çağırsalar da futbolçular canla-başla gedəcəklər”.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30