29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Baş katib: “Qarabağ” və “Neftçi” növbəti mövsümdən çempionata qoşulacaqlar”

“Biz əvvəlcə çalışırıq ki, minifutbol çempionatını inkişaf etdirək. Maraq böyük olandan sonra sponsorların diqqətini bu turnir cəlb edə bilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Minifutbol federasiyasının Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov deyib.  

O, ölkə çempionatının iştirakçılarını social şəbəkələrdə aktiv olmağa çağırıb: “Ötən mövsüm çempionatın 2 matçı "İdman TV" tərəfindən canlı yayımlandı. Böyük ehtimalla, minifutbolda növbəti mövsüm yayımlanan oyun sayı yenə də minimum 2 olacaq. İnternet platformasının, sosial şəbəkələr üzərindən inkişaf etməyi düşünürük. Burada iştirakçı komandalar da öz dəstəyini göstərməlidir. Məsələn, "Beerbaşa" komandası öz sosial şəbəkə platforması üzərindən kifayət qədər yaxşı işləyirlər. Ancaq bir komanda ilə alınmır. Gərək digər komandalar da bunun üzərində çalışsınlar”.

O.Hüseynov futbol klublarının bəziləri ilə danışıqlar apardıqlarını qeyd edib: "Qarabağ"la çempionata qatılmaqla bağlı görüşümüz olub. "Neftçi" ilə də danışıqlar aparmışıq. Böyük ehtimalla, onlar növbəti mövsümdən çempionata qoşulacaqlar. Digər klublardan hələ ki rəsmi cavab almamışıq”.

Baş katib klublara minifutbol çempionatında çıxış üçün nə qədər büdcə lazım olması haqda sualı belə cabvablandırıb: “Klubun iddiasından asılı olaraq bu məbləğ dəyişir. Futzal komandalarının büdcəsi ilə demək olar ki, eynidir. Uzun illər "Neftçi" futzal çempionatda çıxış edib. Amma çempion ola bilməyib. Buraya vəsait ayırıb ölkəni avrokuboklarda təmsil etmək olar”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30