30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Lunyov: “Qarabağ”ın qrupdan çıxmaq şansı digər komandalarla eynidi”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı qolkiper TASS-a açıqlamasında qrupdakı 4 komandanın da şansının eyni olduğunu söyləyib:

“Qarabağ”ın qrupdan çıxmaq şansı digər komandalarla eynidi. Hər şey bizim oyunumuzdan asılıdı. Yaxşı çıxış etməli, xarakter göstərməliyik”.

Lunyov sabiq klubu “Bayer Leverkuzen”in “Qarabağ”a rəqib olmasına da toxunub:

“Təbii ki, emosiyalar müsbətdi. “Bayer Leverkuzen”lə bir qrupa düşdüyümüz üçün şadam. Yaxşı hazırlaşacağıq. Leverkuzen klubunun heyətində güclü oyunçular var. Düşünürəm ki, baxımlı futbol olacaq”.

Xatırladaq ki, “Qarabağ” H qrupunda “Bayer Leverkuzen”, “Mölde” və “Hakken”lə mübarizə aparacaq.

Əlavə edək ki, Lunyov 2021-2023-cü illər aralığında “Bayer Leverkuzen”də çıxış edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30