29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Qəbələ” - “Zirə”: 34-cü duel

Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” bu gün öz meydanında “Zirə” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunacaq matç iki komanda arasındakı 34-cü duel olacaq. İndiyədək rəqiblər 33 dəfə görüşüb. 13 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 45 qol vuran “qırmızı-qaralar” 29 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 33 görüşdən 31-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 38 qol vuran “qırmızı-qaralar” 27 top buraxıb.

“Qəbələ” 17-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 7 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 22 qol vuran komanda 11 top buraxıb.

Xatırladaq ki, sentyabrın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 18:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30